Paytaxtda dələduzlar saxlanılıb
Dələduzluqda şübhəli bilinən Qazax rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 naməlum şəxs Bakı şəhər sakini Murad Pəncəliyevi aldadıb mobil telefonunu və velosipedini alıblar.
29 Noyabr 2017 14:53 KriminalDələduzluqda şübhəli bilinən Qazax rayon sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 28-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 naməlum şəxs Bakı şəhər sakini Murad Pəncəliyevi aldadıb mobil telefonunu və velosipedini alıblar. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri Emil Eyvazov və Oruc Vəliyev saxlanılıblar. Ətraflarında aparılan tədbirlərlə onların noyabrın 27-də daha 1 nəfərə qarşı dələduzluq etmələri də müəyyən edilib.