Arvadına görə qardaşını komaya saldı

Tovuz rayonunda 49 yaşlı kişi qardaşı tərəfindən döyülüb. Məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Rizvan Cavad oğlu qardaşı tərəfindən döyülüb. R.Əliyev zərbələrin təsirindən komaya düşüb. O, təcili yardımla komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Tovuz rayonunda 49 yaşlı kişi qardaşı tərəfindən döyülüb. Məlumata görə, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1968-ci il təvəllüdlü Əliyev Rizvan Cavad oğlu qardaşı tərəfindən döyülüb. R.Əliyev zərbələrin təsirindən komaya düşüb. O, təcili yardımla komatoz vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına göndərilib. Həkimlərin səyi nəticəsində yaralı komadan ayılıb. Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, iki qardaş ailə münaqişəsi nəticəsində mübahisə edib. Belə ki, R.Əliyevin həyat yoldaşı qardaşının həyat yoldaşı ilə dalaşıb. Hadisədən xəbər tutan böyük qardaş da qadınların mübahisəsində R.Əliyevi günahlandırıb və onu döyüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31