Kriminal

Rusiyada azərbaycanlı sahibkarın üstünə benzin tökən polis axtarılır, saxlanılanlar var

28 Noyabr 2017 13:15

Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Korolyov şəhərində azərbaycanlı iş adamının üzərinə benzin tökən polis əməkdaşı barəsində cinayət işi açıb. Məlumata görə, RF İstintaq Komitəsinin Moskva vilayəti üzrə İstintaq İdarəsi tərəfindən Korolyov şəhərinin Podlipka stansiyası ətrafında kiçik sahibkarlıqla məşğul olan azərbaycanlı iş adamı Rövşən Allahverdiyevin üzərinə benzin tökən polis əməkdaşı Mixail Vinoqradova və cinayətdə əli olan polis polkovnik-leytanantı Oleq Xristinova qarşı əməliyyat keçirilib.

Sumqayıtda mənzildə meyit aşkarlanıb

28 Noyabr 2017 12:43

Sumqayıtda mənzildən 61 yaşlı qadının meyiti aşkarlanıb.“Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

İki şəhid anası olan 86 yaşlı qadına qarşı DƏHŞƏTLİ ƏMƏL: yeyib-içib yanına gəldi və...

27 Noyabr 2017 16:20

Yevlax rayonunda 86 yaşlı qadını qətlə yetirərək evini qarət etməkdə təqsirli bilinən Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuş 1991-ci il təvəllüdlü Aqil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rusiyada azərbaycanlı iş adamı həbs olunub

27 Noyabr 2017 15:43

Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində azərbaycanlı iş adamı həbs olunub. Məlumata görə, Kazan şəhər Sovetski rayon polisi tərəfindən saxlanılan azərbaycanlı iş adamı, əslən Azərbaycanın Cəlilabad rayonundan olan Ağayev Namiq Aydın oğludur.

Piyadanı vurub qaçan sürücü saxlanıb

27 Noyabr 2017 14:32

Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.

Avtoqəzada 2 nəfər ölüb, 4-ü yaralanıb

27 Noyabr 2017 14:31

Qəbələ rayonunun Zarağan kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, noyabrın 27-də saat 1:00 radələrində Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Sirus İsmayılovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Məcid Xəlilovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Bakıda cibgir ələ keçib

27 Noyabr 2017 14:30

Oğurluqda şübhəli bilinən Xaçmaz rayon sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilə məlumata görə, oktyabrın 17-də Bakı şəhər sakini A.Rəhimovanın içərisində 250 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən Xaçmaz rayon sakini Hicran Qurbanov Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Piyadanı vurub qaçan sürücü saxlanıb

27 Noyabr 2017 13:56

Polis əməkdaşlarının gördüyü tədbirlərlə Yasamal rayonu ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücü müəyyən edilərək istintaqa təhvil verilib.

MTN generalı məhkəmədən bəraət istədi

27 Noyabr 2017 12:53

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevvə Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yevlax sakininin evindən külli miqdarda marixuana çıxdı

25 Noyabr 2017 18:10

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülüb.

"Oyananda gördüm mənim paltarımı çəkib..." - Binədə ailə dramı

25 Noyabr 2017 12:42

Arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib. Bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fail İsmayılovu qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

Gəncədə 21 yaşlı gənc bıçaqlandı

24 Noyabr 2017 22:04

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Tahir Hilal oğlu Qasımov bud nahiyəsindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilib.

Prokuror general Novruzəli Orucovun oğluna 6 il həbs cəzası istəyib

24 Noyabr 2017 15:45

Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rüstəm Orucov, Kənan Vəliyev və Pərviz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaq tamamlanıb. Prokuror R. Orucovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Digər təqsirləndiriləm şəxslərin hər birinə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası istənilib. 

Oğurluğu peşə seçən 2 yeniyetmə saxlanıb

24 Noyabr 2017 15:30

Oğurluqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabr ayı ərzində rayon ərazisindəki 3 evdən geyim, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Səfərov, Babək rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.