Gürcüstandan 70 ədəd mobil telefon gətirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib.

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön hissəsindəki sağ və sol "qanadlarda" gömrük nəzarətindən gizlədilən 70 ədəd mobil telefon aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31