Kriminal
Bakıda İran vətəndaşına qarşı quldurluq edən futbolçu həbs edildi
Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər. Orxan Atayevə 8 il cəza təyin edilib. Futbolçu Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib.
Oğruların digər cinayət əməlləri aşkar edildi
Oğurluqda şübhəli bilinən Balakən rayon sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən mlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov tutulublar.
Qusarda kabel oğrusu saxlanıb
300 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Qusar şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də şəhərin Azadlıq küçəsində yerləşən körpünü elektrik enerjisi ilə təmin edən naqilin 300 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Zedik Əlifxanov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Evlərə qənim kəsilən şəxslər tutulublar
Oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki evlərdən birindən 1100 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri Mübariz Məmmədov və Nurəddin Orucov tutulublar. Onların cari ilin mart-noyabr ayları ərzində 17 evdən məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.
Üç milyon mənimsəyən xanım bankir həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib.
Məhkəmə MTN generalının vəsatətini qismən təmin edib
MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Tbilisiyə ekstradisiya olunacaq
Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Avtandil Martiaşvilinin vətəninə ekstradisiya prosesinə başlanılıb. Məlumata əsasən, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib. A. Martiaşvili sağlamlıq durumunun ağır olduğundan ekstradisiya prosesinin sürətləndirilməsini xahiş edib. Onun bir ildir xəstəxanada olduğu və diabetə görə qanqrenadan əziyyət çəkdiyi bildirilir.
Öş işçilərinə 200 mindən şox pul “atan” baş redaktor məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Atasını yandırıb öldürən şəxs 19 il azadlıqdan məhrum edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində atasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin məhkəməsi yekunlaşıb. Məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Telman İsmayılov: "Mənim də deməyə sözüm var"
Moskva şəhərinin Basman rayon məhkəməsinin qərarı ilə həbs olunan azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılov ictimaiyyətə müraciət edib.
2000 manata “Naqan” satmaq istəyən tutuldu
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti əməliyyat tədbiri həyata keçirilib və nəticədə odlu silah-sursatın qanunsuz alqı-satqısı ilə məşğul olan şəxs zərərsizləşdirilib.
Astara meşəsində 29 yaşlı kişinin cəsədi tapıldı
Astara rayonunda 29 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb. Rayonun Şümrüd kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.
5 nəfərin ölümündə təqsirləndirilən sürücüyə hökm oxunacaq
Bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasında təqsirləndirilərək həbs olunan Lənkəran sakini Eldar Aslanovun işi üzrə məhkəmə prosesi keçirilib.
Nail Allahverdiyevin məhkəməsi başlayır
Bakıda "Gelandawagen" markalı avtomobil ilə ölümlə nəticələnən yol qəzası törətmiş Nail Allahverdiyevin məhkəməsi bu həftə başlayır. N.Allahverdiyev barəsində açılmış cinayət işinin istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Hakim Novruz Kərimovun icraatında olan prosesdə vəkillər müdafiə çıxışı edib.














