Yevlax sakininin evindən külli miqdarda marixuana çıxdı

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülüb.

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə götürülüb.

Daxil olan əməliyyat məlumatı əsasında rayon sakini Səlim Kərimov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 7,26 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq S.Kərimovun mənzilində axtarış aparılarkən oradakı kisədə böyük miqdarda narkotik vasitə olduğu şübhə doğuran maddə aşkar edilərək ekspertizaya təqdim edilib.

Ekspertiza həmin maddənin 3 kiloqram 524 qram çəkidə qurudulmuş marixuana olması barədə rəy verib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31