Piyadanı vurub qaçan sürücü saxlanıb

Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub.

Noyabrın 26-da isə Quba rayon sakini Elmar Ramazanovun avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinə məlumat daxil olub. DİN-dən "Olaylar"a veriln məlumata görə, araşdırmalarla piyadanın saat 1.00 radələrində paytaxtın Yeni Suraxanı qəsəbəsində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması məlum olub. Suraxanı RPİ və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin "Peugeot" markalı avtomobillə törədilməsi müəyyən edilib və avtomobilin sürücüsü, Bakı şəhər sakini Vüqar İmanov şübhəli şəxs qismində saxlanılıb. Faktla araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31