Kriminal
Qonağı qətlə yetirən könüllü polisə təslim olub
Bərdə rayon sakini İlqar Mirzəyevi qətlə yetirmiş İsgəndər Hüseynov könüllü olaraq istintaqa təsilm olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 22-də saat 3.00 radələrində Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İsgəndər Hüseynov Qaradağ rayonunun Lökbatan qəsəbəsində kirayədə yaşadığı evdə qonağı, həmyerlisi İlqar Mirzəyevə bıçaqla xəsarət yetirib və nəticədə sonuncu hadisə yerində ölüb. İ.Hüseynov könüllü olaraq 10-cu Polis Bölməsinə gələrək istintaqa təsilm olub.
Evlərə qənim kəsilən saxlanıb
4 evdən oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Samir Qasımov tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-dən 16-dək olan müddətdə rayon ərazisində 4 evdən velosiped, su mühərriki və elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Qasımov tutulub.
Əvvəl işlədiyi mağazadan oğurluq etdi
Noyabrın 20-də Astara rayonunun Pensər kəndindəki mağazalardan birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalarla müəyyən edilib ki, 193 manat pul və 425 manat dəyərində danışıq kartları axşam saatlarında oğurlanıb.
Vidadi Zeynalov və Beytulla Hüseynovun üzərindən həbs götürülən əmlaklarının siyahısı
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin üzərindən həbs götürülən əmlaklarının siyahısı məlum olub. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan iki mənzil, qohumu Bəxtiyar Nuriyevi adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus bir mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan üç mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus bir mənzil və bir qeyri yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha bir neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynova məxsus mənzil, arvadına məxsus qeyri yaşayış sahəsi, qardaşı Ramizin adına olan torpaq sahəsi, arvadına məxsus bir mənzil, sürücüsü Aydın adlı şəxsə məxsus bir bağ evi, arvadına məxsus Neftçala rayonunda olan torpaq sahəsi, qardaşı Ramizin adına olan Şamaxıda yerləşən ev və digər bir neçə əmlakı üzərindən həbs götürülüb.
Ukraynada Türkiyə vətəndaşını öldürüb, yandıran azərbaycanlı tutuldu
Ukraynanın Odessa şəhərində nadir rast gəlinən hadisə baş verib. Ukrayna prokurorluğunun yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində Türkiyə vətəndaşı satanistlər (şeytana sitayiş edənlər) tərəfindən öldürülüb. Cinayəti iki Türkiyə, bir İtaliya və bir Azərbaycan vətəndaşı törədib.
Eldar Mahmudovun şərti var: istintaqa gizli gələcək
İnterpol azərbaycanlı qatili axtarır
İnterpol daha bir azərbaycanlını axtarışa verib. 1990-cı il təvəllüdlü İbrahim Muxtarov qəsdən adam öldürməkdə təqsirləndirilib. Hüquq-mühafizə orqanları tərəfindən İ.Muxtarov barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.
Bakıda İran vətəndaşına qarşı quldurluq edən futbolçu həbs edildi
Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər. Orxan Atayevə 8 il cəza təyin edilib. Futbolçu Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib.
Oğruların digər cinayət əməlləri aşkar edildi
Oğurluqda şübhəli bilinən Balakən rayon sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən mlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov tutulublar.
Qusarda kabel oğrusu saxlanıb
300 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Qusar şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də şəhərin Azadlıq küçəsində yerləşən körpünü elektrik enerjisi ilə təmin edən naqilin 300 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Zedik Əlifxanov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Evlərə qənim kəsilən şəxslər tutulublar
Oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki evlərdən birindən 1100 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri Mübariz Məmmədov və Nurəddin Orucov tutulublar. Onların cari ilin mart-noyabr ayları ərzində 17 evdən məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.
Üç milyon mənimsəyən xanım bankir həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib.
Məhkəmə MTN generalının vəsatətini qismən təmin edib
MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Tbilisiyə ekstradisiya olunacaq
Ermənistanda həbsdə olan Gürcüstan vətəndaşı Avtandil Martiaşvilinin vətəninə ekstradisiya prosesinə başlanılıb. Məlumata əsasən, bu barədə Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib. A. Martiaşvili sağlamlıq durumunun ağır olduğundan ekstradisiya prosesinin sürətləndirilməsini xahiş edib. Onun bir ildir xəstəxanada olduğu və diabetə görə qanqrenadan əziyyət çəkdiyi bildirilir.
Öş işçilərinə 200 mindən şox pul “atan” baş redaktor məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.














