Piyadanı vurub qaçan sürücü saxlanıb
Yol-nəqliyyat hadisəsi törətmiş Göyçay sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, noyabrın 21-də saat 22 radələrində Göyçay rayonunun Potu kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Cavad Kərimov vurulub. Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti qənaətbəxşdir.
23 Noyabr 2017 16:03 KriminalYol-nəqliyyat hadisəsi törətmiş Göyçay sakini saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 21-də saat 22 radələrində Göyçay rayonunun Potu kəndində müəyyən edilməmiş avtomobillə yolu keçən rayon sakini Cavad Kərimov vurulub. Xəstəxanaya yerləşdirilən piyadanın vəziyyəti qənaətbəxşdir. Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ-2106" markalı avtomobilin sürücüsü, Hüngütlü kənd sakini Mobil Fərəcov saxlanılıb.