Məhkəmə dələduzluqda təqsirləndirilən şəxsə bəraət verib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rövşən Qənbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məlumata görə, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda R. Qənbərovun vəkili Elxan Şükürov çıxış edərək ittihamın əsassız olduğunu deyib və bəraət hökmünün çıxarılmasını istəyib. R. Qənbərov da vəkili ilə razı olduğunu deyib. Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən R. Qənbərov barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, R. Qənbərov zərərçəkmiş şəxsdən pul alaraq qeyri yaşayış sahəsini özəlləşdirməyə söz verərək dələduzluq etməkdə ittiham edilib. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmə) maddəsinə əsasən ittiham elan edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31