Keçmiş arvadının boğazını kəsəb aradan çıxan yaxalanıb
Keçmiş arvadı Mətanət Muxtarovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 5-də Gədəbəy rayonunun Arıqdam kəndində kənd sakini Fariz Muxtarov münaqişə zəminində keçmiş arvadı Mətanət Muxtarovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
22 Noyabr 2017 16:11 KriminalKeçmiş arvadı Mətanət Muxtarovanı qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, oktyabrın 5-də Gədəbəy rayonunun Arıqdam kəndində kənd sakini Fariz Muxtarov münaqişə zəminində keçmiş arvadı Mətanət Muxtarovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb. Nəticədə M.Muxtarova aldığı ağır xəsarətlərdən hadisə yerindəcə ölüb. Gədəbəy RPŞ-nin əməkdaşları tərəfindən F.Muxtarovun Şəmkir rayonu ərazisində gizləndiyi müəyyən edilib. Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində istintaqdan yayınan şəxs Şəmkir rayonu ərazisində qaldığı evdə tutularaq şübhəli şəxs qismində istintaqa təhvil verilib. Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.