Piyadanı vurub qaçan sürücü saxlanıb

Polis əməkdaşlarının gördüyü tədbirlərlə Yasamal rayonu ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücü müəyyən edilərək istintaqa təhvil verilib.

Polis əməkdaşlarının gördüyü tədbirlərlə Yasamal rayonu ərazilərində piyadaların vurulması ilə nəticələnən yol qəzaları törədərək hadisə yerindən uzaqlaşan sürücü müəyyən edilərək istintaqa təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 25-də Bakı şəhər sakini Rauf Nadirovun aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub. Araşdırmalarla saat 1.00 radələrində Yasamal rayonunun Xiyabani küçəsində yolu keçən piyadanın avtomobillə vurulması müəyyənləşib.29-cu Polis Bölməsi və Bakı BPİ-nin Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlərləyol-nəqliyyat hadisəsinin "BMW" markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini Həşim Sadıqov şübhəli şəxs qismində saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31