Avtoqəzada 2 nəfər ölüb, 4-ü yaralanıb

Qəbələ rayonunun Zarağan kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən “Olaylar”a verilən mlumata görə, noyabrın 27-də saat 1:00 radələrində Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Sirus İsmayılovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Məcid Xəlilovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Qəbələ rayonunun Zarağan kəndində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-dən "Olaylar"a verilən mlumata görə, noyabrın 27-də saat 1:00 radələrində Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Sirus İsmayılovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Məcid Xəlilovun idarə etdiyi "Toyota" markalı avtomobillər toqquşub. Nəticədə S.İsmayılov və sərnişinlərindən Rufan Səmədov hadisə yerində ölüb, digər 1 sərnişini, habelə M.Xəlilovun 3 sərnişini xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31