''Lotu Quli''nin iki adamı həbs edildi, 2 ''qanuni oğru'' isə axtarılır
4 Dekabr 2017 13:21 KriminalTutulanların ikisi Azərbaycan vətəndaşladır. Digər 3 nəfərin axtarışı isə davam etdirilir. Onlar Gürcüstan vətəndaşlarıdır. Yerli DİN-nin verdiyi məlumata görə, axtarışda olanlardan ikisi chr("39")chr("39")qanuni oğruchr("39")chr("39")dur.
Gürcüstan polisi İmeriti regionunun iki sakinə basqın edən şəxsləri saxlayıb. Onlar 1988 və 1973-cü il təvəllüdlü Azərbaycan vətəndaşlarıdır. İlkin məlumata görə, saxlanılanlar chr("39")chr("39")Lotu Qulichr("39")chr("39") ləqəbi ilə tanınan Nadir Səlifovun qrupunun fəal üzvləridir.
Silahlı basqın Tibilisi-Batumi yolunda dekabrın 1-də baş verib. Beş nəfərdən ibarət qruplaşma dekabrın 1-də BMW markalı avtomobildə Tbilisidən Batumi istiqamətində gedən iki vətəndaşa odlu silahla hücum ediblər.
Onlara zor tətbiq edərək 140 min dollar, mobil telefonlar və bəzi şəxsi əşyaları əllərindən alaraq qaçıblar. Hadisənin səhəri gün Broliskedi kəndində cinayətkarlardan ikisi saxlanılıb. Onların Azərbaycan vətəndaşı olduğu bildirilir. Axtarış zamanı onlardan 90 min dollar götürülüb.
Gürcüstan DİN soyğunçuları "isti izlər"lə tapıb. Polis onlardan oğurlanmış pulun bir hissəsini müsadirə edib. DİN cinayətkar qruplaşmanın bütün üzvlərinin şəxsiyyətini müəyyən edib. Qruplaşmanın üzvləri aasında 2 "qanuni oğru" olmaqla üç Gürcüstan vətəndaşı da var. DİN qruplaşmanın bütün üzvlərinin saxlanılması istiqamətində tədbirlər həyata keçirir.
chr("39")chr("39")Lotu Qulichr("39")chr("39") hazırda Türkiyədə yaşayır. Bu il noyabrın əvvəlində keçən il İstanbulda gülllələnmiş Rövşən Lənkəranskinin ölümündə chr("39")Lotu QUlichr("39")chr("39")nin əli olduğu bildirilmişdi. Lənkəranskinin qardaşı Namiq Canıyev də buna görə chr("39")chr("39")Lotu Qulichr("39")chr("39")yə sui-qəsd hazırlamışdı.
Uzun müddət həbsdə qalmasına baxmayaraq, chr("39")chr("39")Lotu Qulichr("39")chr("39")nin Rusiya və postsovet ölkələri, o cümlədən Gürcüstan və Azərbaycanın kriminal aləminə böyük təsiri var.