Avtoqəzada 1 nəfər ölüb, 2-si xəstəxanaya yerləşdirilib
Beyləqan rayonunun Daşburun kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 7-də saat 16 radələrində Beyləqan rayonunun Daşburun kəndində rayon sakini Adil Əliyevin idarə etdiyi “Mercedes” və Xocavənd rayon sakini Hüseynağa Cəbiyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
8 Dekabr 2017 17:24 KriminalBeyləqan rayonunun Daşburun kəndində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 7-də saat 16 radələrində Beyləqan rayonunun Daşburun kəndində rayon sakini Adil Əliyevin idarə etdiyi "Mercedes" və Xocavənd rayon sakini Hüseynağa Cəbiyevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub. Nəticədə H.Cəbiyev hadisə yerində ölüb, A.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib. Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.