Münaqişə zəminində həmyerlisini qətlə yetirdi
Dekabrın 14-də saat 10 radələrində Ağdaş şəhər sakini Ətraf Nəsibov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə hadisənin rayon sakini Tərlan Hacıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib.
15 Dekabr 2017 16:04 KriminalDekabrın 14-də saat 10 radələrində Ağdaş şəhər sakini Ətraf Nəsibov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və orada ölüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Rayon Polis Şöbəsi və Prokurorluğu əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə hadisənin rayon sakini Tərlan Hacıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən T.Hacıyev Qəbələ rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib. Hadisəni törədərkən istifadə etdiyi bıçaq maddi sübut kimi onun üzərindən götürülüb. Araşdırma aparılır.