Fədayə Laçın apellyasiya şikayəti verdi

Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib. T.Süleymanlı qeyd edib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: "Hələlik Nəsimi rayon Məhəkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm”. Vəkil şikayətin məhkəməyə təqdim edildiyini qeyd edib.

Həbsdə olan müğənni Fədayə Laçın Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı deyib. T.Süleymanlı qeyd edib ki, şikayətdə Nəsimi rayon Məhkəməsinin qərarının ləğv edilməsi və Fədayə Laçının istintaq dövründə ev dustaqlığına buraxılması göstərilib: "Hələlik Nəsimi rayon Məhəkəməsinin qərarını almamışam. Amma artıq apellyasiya şikayətini vermişəm. Qərarı alandan sonra da şikayəti genişləndirəcəyəm". Vəkil şikayətin məhkəməyə təqdim edildiyini qeyd edib.

Xatırladaq ki, Fədayə Laçın istintaq dövründə azadlıqda qalması üçün Nəsimi rayon Məhəkəməsinə müraciət etmişdi. Məhkəmə müraciətə baxsa da təmin etməyib. Qeyd edək ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə F.Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə F.Laçın barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31