Qadını vurub aradan çıxan sürücü saxlanıb
Dekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehriban Ələkbərova vurulub.
18 Dekabr 2017 14:58 KriminalDekabrın 15-də saat 16 radələrində paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Mehriban Ələkbərova vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yol-nəqliyyat hadisəsinin avtobusla törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə "İsizu" markalı xətt avtobusunu idarə edərkən hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aqşin Kərimov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.