Mirşahinin dələduzluqda günahlandırılan qardaşı MƏHKƏMƏ QARŞISINDA

Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Dələduzluqda təqsirləndirilən fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayevin qardaşı Mirəddin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Mirəddin Ağayev dələduzluqda günahlandırılır. Onun barəsində cinayət işi ötən ilin noyabrında başlayıb. Belə ki, Bakı şəhər sakini Qəzənfər Qəzənfərovun Səbail rayon Polis İdarəsinə şikayəti əsasında o, istintaqa cəlb olunub. Vətəndaş Mirəddin Ağayevin dələduzluq yolu ilə onun 2000 manatını mənimsədiyini bildirib.

Təqdim olunan sübutlar əsasında cinayət işi açılıb və bir neçə gün sonra Mirəddin Ağayev yaşadığı Yardımlı rayonunda saxlanılıb. May ayının əvvəllərində isə məhkəmə onun barəsində həbs qərarı çıxarıb. İttihama görə, Mirəddin Ağayev 4 vətəndaşa qarşı ümumilikdə 86 min manat məbləğində dələduzluq edib. Mirəddin Ağayev elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, zərəri ödəyəcəyini bildirib. Prosesdə zərərçəkmişlər də dindirilib. Onlar dəymiş zərərin ödənilməsini tələb ediblər.

Xatırladaq ki, ixtisasca həkim olan Mirəddin Ağayev Mirşahin Ağayevin böyük qardaşıdır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31