“8-ci km bazarı”nda qanlı olay

Paytaxt Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, insident paytaxtın Nizami rayonunda, “8-ci km bazarı”nın yanında qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Paytaxt Bakıda bıçaqlanma hadisəsi baş verib. Məlumata görə, insident paytaxtın Nizami rayonunda, "8-ci km bazarı"nın yanında qeydə alınıb. Belə ki, 1977-ci il təvəllüdlü Gözəlov Hatəm Əbülfəz oğlu kürək nahiyəsindən aldığı iki bıçaq yarası ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. O xəstəxanaya qardaşı tərəfindən gətirilib. Yaralanan şəxs bıçaqlayan şəxsi tanımadığını bildirib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31