Kafe sahibindən pul tələb edən saxlanıb

Bakıda kafe sahibini hədələyib pul tələb edən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 18-də Nəsimi rayonu ərazisindəki kafelərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi olan qadını bıçaqla hədələyib 150 manat verməsini tələb edib.

Bakıda kafe sahibini hədələyib pul tələb edən şəxs tutulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 18-də Nəsimi rayonu ərazisindəki kafelərdən birinə gəlmiş naməlum şəxs oranın sahibi olan qadını bıçaqla hədələyib 150 manat verməsini tələb edib. Quldurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Elcan Tağızadə Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31