Prokuror jurnalistin atasını öldürən sürücüyə 5,6 il iş istədi
Dekabrın 20-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
20 Dekabr 2017 17:03 KriminalDekabrın 20-də Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Olaylar" xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə təqsirləndirilən şəxsə 50-yə yaxın sual ünvanlayıb.S.Qarayev sualların bir hissəsinə cavab verməkdən imtina edib. Sonra İ.Əlizadə vəsatət qaldırıb. O, Daxili İşlər Nazirliyinin "Təhlükəsizlik Şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzindən hadisənin videogörüntülərinin əldə olunması üçün məhkəmə tərəfindən sorğu verilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub və dövlət ittihamçısı çıxış edib. O, S.Qarayevin 3 il müddətinə sürücülük hüququndan məhrum edilməsini və onun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib. Dövlət ittihamçısı qeyd edib ki, zərərçəkmişin hüquqi varisi İmdad Əlizadənin mülki iddiası əsaslıdır və tam təmin olunmalıdır. Prokuror həmçinin Seymur Qarayevin cəzasının ümümi rejimdə çəkməsini tələb edib.İ.Əlizadə isə çıxışında bildirib ki, təqsirləndirilən şəxs vurduğu maddi ziyanı ödəməyib və aralarında barışıq əldə edilməyib. O, S.Qarayevə təqsirləndirildiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ən ağır cəzanın verilməsini istəyib.Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışına hazır olmadığını deyib və məhkəmədən vaxt tələb edib. Məhkəmənin növbəti iclası dekabrın 25-nə təyin edilib.