Arvadının başını kəsən ər ölkədən qaçarkən yaxalandı
Dekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmiş, nəticədə qadın hadisə yerində ölmüşdü. Faktla bağlı cinayət işi başlanmışdı. DİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə,polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib.
22 Dekabr 2017 12:14 KriminalDekabrın 20-də Binəqədi qəsəbəsində yaşayan Rasim Çəltikov evində münaqişə zəminində arvadı Arifə Çəltikovanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirmiş, nəticədə qadın hadisə yerində ölmüşdü. Faktla bağlı cinayət işi başlanmışdı. DİN-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə,polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə qətli törətməkdə şübhəli bilinən Rasim Çəltikovun getdiyi istiqamət müəyyən edilib. O, Xaçmaz rayonu ərazisində "Yalama" Sərhəd Keçid Məntəqəsində Binəqədi RPİ-nin 4-cü Polis Bölməsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.