Hədə-qorxu ilə pul tələb edən tutulub
Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev cari il noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib.
22 Dekabr 2017 13:38 KriminalCəlilabad Rayon Polis Şöbəsinə müraciət edən Göytəpə şəhər sakini O.Ağayev cari il noyabr ayının 29-dan dekabr ayının 21-dək olan müddətdə Tural adlı şəxsin ondan hədə-qorxu yolu ilə 200 manat istəməsi barədə məlumat verib. DİN-in mətbuat xidmətindən "Olaylar"a bildirilib ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb və həyata keçirilmiş tədbirlərlə şübhəli bilinən həmyerlisi Tural Məmmədov 200 manatı O.Ağayevdən alarkən saxlanılıb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31