2 fakt üzrə 700 qutu pirotexniki vasitə aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "VAZ 21 074" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütələq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
25 Dekabr 2017 16:33 KriminalTovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "VAZ 21 074" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, həmin şəxs nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütələq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Nəqliyyat vasitəsinə tətbiq edilən gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbası ilə yazılar olan 400 qutu pirotexniki vasitələr aşkar edilib. Həmçinin İdarənin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan daha bir məlumat əsasında Gürcüstandan Azərbaycan Respublikasına "Mersedes Benz 250D" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı da eyni üsülla sorğu-sual edilib. Həmin şəxs də avtomobildə gömrük nəzarətindən gizlədilən və gömrük orqanına mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib. Gömrük baxışı zamanı isə avtomobilin sağ və sol karnizlərinin içərisindən gömrük nəzarətindən gizlədilən, üzərində gürcü əlifbasl ilə yazılar olan 300 qutu pirotexniki vasitə aşkar olunub.Hər iki faktla bağlı araşdırma aparılır.