İnək oğrusunun avtomobil qaçırması da müəyyən edilib

Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakinləri saxlanılıblar. DİN-dən “Olaylar”a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Oğurluqda şübhəli bilinən Beyləqan rayon sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhrəmtəpə qəsəbəsi ərazisində Beyləqan rayon sakini Natiq Abdullayevə məxsus 1 baş inəyi oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Polis Şöbəsində aparılan araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədov olması aydınlaşıb. Ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin də üstü açılıb. Belə ki, cari ilin oktyabr-dekabr ayları ərzində rayon ərazisində daha 2 baş qoyunu, 1 baş inəyi oğurlaması, həmçinin bir rayon sakininə məxsus "VAZ-2107" markalı avtomobili qaçırması da müəyyən edilib. Polis əməkdaşları tərəfindən noyabrın 26-da avtomobilin qaçırılmasında onunla birgə iştirak etmiş qohumu da müəyyən edilib və görülmüş tədbirlərlə Əliqulular kənd sakini Xəlil Xəlilov da saxlanılaraq istintaqa təhvil verilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31