Sabirabadda 14 yaşlı qız uzun müddət pəhriz saxladığından dünyasını dəyişib

Sabirabad rayonunun Mürsəlli kəndində 14 yaşlı qız dünyasını dəyişib. Sabirabad rayon məhkəmə tibbi-ekspert həkiminin verdiyi məlumata görə, 2003-cü ildə anadan olmuş Gözəlova Leyla Şövqi qızının hansı səbəbdən dünyasını dəyişməsi hələlik müəyyən olunmayıb.

Kənd sakinlərinin dediyinə görə, həmin gün qızın valideynləri Bakı şəhərinə toya getdiyindən evdə tək olub. Qəflətən təzyiqi aşağı düşən qızı xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimallara görə, uşağın təzyiqinin düşməsinə səbəb onun valideynlərindən gizli saxladığı pəhriz olub.

Faktla bağlı araşdırma aparılır. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31