Gömrük nəzarətindən gizlədilmiş zərgərlik malları aşkar edilib

Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Xaçmaz Gömrük İdarəsinin "Xanoba" gömrük postunda Rusiya istiqamətində gedən Azərbaycan vətəndaşının idarə etdiyi "Ford Transit" markalı, 99-GT-210 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsində sürücü oturacağının arxa hissəsində asılmış gödəkcənin cibində gömrük nəzarətinə bəyan olunmayan bir ədəd bağlamada, ümumi çəkisi 181,12 qram olan zərgərlik məmulatı - 9 ədəd sırğa cütü və üzük dəsti, 6 ədəd üzük və 2 ədəd sırğa tayı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31