Həmkəndlisini qətlə yetirən tutulub

Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 25-də Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərovu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, dekabrın 25-də Ağdam rayonunun Qaradağlı kəndindən kənd sakini Səxavət Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür. Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi Nahid Qasımov saxlanılaraq istintaqa təhvil verilmişdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31