Killi miqdarda siqaret müsadirə olunub

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31