Zaqatalada piyadanı maşın vurub öldürüb
Zaqatalada yolu keçən piyadanı maşın vuraraq öldürüb. “Olaylar”ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2017-ci il dekabrın 28-də saat 8 radələrində Zaqatala rayonunun Gözbarax kəndində şəhər sakini Ramin Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Cuma İbrahimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 2-də orada ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.
4 Yanvar 2018 13:31 KriminalZaqatalada yolu keçən piyadanı maşın vuraraq öldürüb. "Olaylar"ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 2017-ci il dekabrın 28-də saat 8 radələrində Zaqatala rayonunun Gözbarax kəndində şəhər sakini Ramin Babayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən kənd sakini Cuma İbrahimovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada yanvarın 2-də orada ölüb. Zaqatala RPŞ tərəfindən araşdırma aparılır.