"Mersedes” vuran piyada hadisə yerində ölüb

Abşeron rayonunun Saray qəsəbəsində “Mercedes” markalı avtomobillə iki piyada vurulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 3-də saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zamiq Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Oqtay Əzimovu və Rahil Bəndəliyevi vurmuşdur.

Abşeron rayonunun Saray qəsəbəsində "Mercedes" markalı avtomobillə iki piyada vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 3-də saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zamiq Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerliləri Oqtay Əzimovu və Rahil Bəndəliyevi vurmuşdur. Nəticədə piyadalardan O.Əzimov hadisə yerində ölmüş, R.Bəndəliyev xəstəxanaya yerləşdirilmişdir. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31