Piyadanı vurub qaçan sürücü tutulub

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 3-də saat 8:00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nəsibə Xəlilova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 3-də saat 8:00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nəsibə Xəlilova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür. Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Mitsubishi" markalı avtomobilin sürücüsü - Sabirabad rayon sakini Emin Abbasov saxlanılmışdır. Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31