Kriminal

Qazaxıstanda 79 azərbaycanlı saxlanıldı - Səbəb

5 Yanvar 2018 11:40

Qazaxıstanın Karakiyan rayonunun Kurık qəsəbəsində 79 Azərbaycan vətəndaşı saxlanılıb. Məlumata görə, ”Enerqomost LTD” şirkətində çalışan azərbaycanlıların rəsmi işləmə iznləri yox imiş.

Ölümlə nəticələnmiş qəza törədərək hadisə yerindən qaçan sürücü həbs edilib

4 Yanvar 2018 17:43

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü həbs edilib.

Röyanın keçmiş qayınatasının cinayət işi məhkəmədədir

4 Yanvar 2018 15:10

“Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işinin istintaqı və tanış olma mərhələsi başa çatıb. Ç.Cəlilovun cinayət işi artıq məhkəməyə göndərilib.  İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Bakıda naməlum kişi meyiti tapılıb

4 Yanvar 2018 14:17

Yanvarın 3-də Səbail rayonunun Ü.Hacıbəyov küçəsindəki yaşayış binalarının həyətində təxminən 35-40 yaşlarında olan naməlum kişi meyiti aşkar edilib. Daxili Uişlər Nazirliyindən bildirilib ki, onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, sarı saçlı, gözləri yaşıl, sinəsinin sol hissəsində alova bənzər döymə, sol biləyinin nəbz hissəsində isə “СЭР” yazıları olan döymələr, əynində qara cins şalvar, qara gödəkçə, sarı və qırmızı zolaqları olan jaket və qara idman ayaqqabısı var.

Məşhur avtoritet qardaşlar Azərbaycan həbsxanasına gətirilir

4 Yanvar 2018 13:55

Rusiyanın "Qoluqa" həbsxanasında cəza çəkən kriminal avtoritetlər bərdəli Ruslan və Dadaş Nəzərli qardaşlarının Azərbaycana ekstadisiyası gözlənilir. Ruslan Nəzərli qanunsuz silahlı qruplaşma yaratmaqda, dövlət məmuruna qarşı zorakılıqda və quldurluqda ittiham olunur. Onun cəzaçəkmə müddəti isə 10 il yarım müddətə müəyyən edilib. Qardaşı Dadaş Nəzərli isə qanunsuz silahlı birləşmə yaratmaqla və quldurluqla ittiham olunur. Dadaş Nəzərlinin hökmü isə qardaşından bir il daha çox müddətə - 11 il yarım müddətinə oxunub. Rusiyada hal-hazırda cəza çəkən qardaşların ekstradisiyası üçün Azərbaycan tərəfi ilə danışıqlıqlar başa çatıb.

“QAZel” qaçıran şəxs tutulub

4 Yanvar 2018 13:45

“QAZel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 2-də Vaqif Baxışova məxsus “QAZel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Emin Novruzov saxlanılıb.

Evlərə qənim kəsilən şəxslər tutulublar

4 Yanvar 2018 13:43

Xəzər rayonu ərazisində evlərdən oğurluq edən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin dekabr ayı ərzində rayon ərazisində 2 evdən pul, qızıl, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Saleh Sübhanov, Şərur rayon sakini Əkbər Rəsulov və Yevlax rayon sakini Mehdi İsmayılov saxlanılıb.

Avtomobil yolun kənarı ilə gedən piyadanı vurub

4 Yanvar 2018 13:42

Cəlilabad rayonunun Göytəpə şəhərində “VAZ-21011” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini S.Bayramov vurulub.

Quyuların kabelini kəsib oğurlayan şəxs tutulub

4 Yanvar 2018 13:40

Yanvarın 2-də Tərtər Rayon Polis Şöbəsiəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il ayrı-ayrı vaxtlarda şəhər ərazisində və ayrı-ayrı kəndlərdə subartezian quyularının elektrik naqillərini kəsərək oğurlamaqda şübhəli bilinən şəxs yaxalanaraq istintaqa təhvil verilib.

Piyadanı vurub qaçan sürücü tutulub

4 Yanvar 2018 13:38

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 3-də saat 8:00 radələrində Şirvan şəhərinin H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Nəsibə Xəlilova vurulmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.

"Mersedes” vuran piyada hadisə yerində ölüb

4 Yanvar 2018 13:37

Abşeron rayonunun Saray qəsəbəsində “Mercedes” markalı avtomobillə iki piyada vurulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 3-də saat 18 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Zamiq Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerliləri Oqtay Əzimovu və Rahil Bəndəliyevi vurmuşdur.

36 kiloqram narkotik maddə aşkar edildi

4 Yanvar 2018 13:34

Türkiyə hüquq mühafizə orqanları uğurlu əməliyyat keçiriblər. Ağrı Baş Polis İdarəsinin Narkotik və Narkoticarət ilə mübarizə şöbəsinin əməkdaşları apardıqları operativ əməliyyat nəticəsində iki  İran vətəndaşının üzərində 36 kiloqram narkotik maddə aşkar ediblər. Aparılan tədbirlər nəticəsində İran vətəndaşları ilə əlbir olan iki yerli sakində həbs edilib. Hadisə ilə əlaqədar cinayət işi başladılıb.

Killi miqdarda siqaret müsadirə olunub

4 Yanvar 2018 13:32

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan piyada gələn Azərbaycan vətəndaşının çantasına rentgen qurğusunda gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı çantada gömrük nəzarətinə bəyan edilməyən cəmi 4380 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.