Kriminal
Əli İnsanov məhkəmədə iştirak etməkdən imtina etdi
Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb. Ali Məhkəmədə keçiriləcək proses yanvarın 16-na təyin edilib. Şikayətə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Məlumata görə, Ə.İnsanov məhkəmədə iştirak etmək istəmir. O, bu barədə Ali Məhkəməyə yazılı ərizə göndərib.
Məhkəmə Əfqan Muxtarlını ev dustaqlığına buraxmadı
Jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə sənədlərin tədqiqi mərhələsi olub. Cinayət işinin materiallarındakı sənədlər, o cümlədən tutma, axtarış və sair haqda protokollar elan olunub. Daha sonra jurnalistin ev dustaqlığına buraxılması haqda vəsatət verilib. Məhkəmə vəsatəti təmin etməyib.
Biləsuvarda ana və oğlu qohumları tərəfindən döyülərək bıçaqlandı
Biləsuvarda xəstəyə dəymək adı ilə qohumları tərəfindən evdən aparılan ana və övladı döyülərək bıçaqlanıb. Aranlı kənd sakinləri İbayev Şahəli və İbayev Kainat əmisigilə gələrək atalarının xəstə olduğunu deyiblər.
Lotu Qulinin “1 nömrəli qanuni oğru" olmaq sevdası - Qardaşını Moskvaya göndərdi
Hazırda İstanbulda məskunlaşan Lotu Quli - Nadir Səlifov qardaşı Namiq Səlifovu Moskvaya göndərib. Məqsəd orada azərbaycanlılarla görüşüb Qulini "1 nömrəli qanuni oğru" kimi qəbul etdirmək, iri bazar və ticarət obyektlərinin sahiblərinin ona biət etməsinə nail olmaqdır.
İnterpolun axtardığı azərbaycanlı qadınlar
Bu günə qədər müxtəlif cinayətlər törətmiş 31 azərbaycanlı qadın İnterpol xətti ilə axtarışa verilib. Araşdırmaya əsasən, axtarışa verilən qadınlardan ən qocamanı 71 yaşındadır. 1946-ci il təvəllüdlü Fatimat Zairbəyova külli miqdarda mənimsəmə, qaçaqmalçılıq, saxtakarlıq və yalan informasiya verməkdə təqsirli bilinir.
"Çudo Peçka"nın sahibinin məhkəməsi başlayır
"Çudo Peçka” və “ÇP Aqro” MMC-nin təsisçisi Çingiz Cəlilovun cinayət işi məhkəmədə icraata götürülüb. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası yanvarın 11-nə təyin edilib.
Cəbrayıl sakinindən ov tüfəngi götürülüb
Cəbrayıl rayon sakinində odlu silah aşkarlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən rayon sakini Eldəniz Zamanovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Silah alverçisi iş başında saxlanıb
Paytaxtda “Naqan” markalı tapançanı satmaq istəyən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Abdullayev Masazır qəsəbəsi ərazisində nömrəsi silinmiş “Naqan” markalı tapançanı 250 manata satmaq istəyərkən saxlanılıb.
Goranboydakı kütləvi davada bir nəfər beşini bıçalayıb - Rəsmi məlumat
Goranboy prokurorluğu və yerli Polis Şöbəsi bu rayonda baş vermiş kütləvio dava-dalaşla bağlı birgə məlumat yayıb.“Olaylar” xəbər verir ki, birgə məlumata görə, yanvarın 4-də saat 21 radələrində Goranboy rayon sakinləri Rəvan İsmayılov və digərlərinin ictimai qaydanı kobud surətdə pozaraq rayonun Dəliməmmədli şəhəri ərazisində aralarında yaranmış mübahisə zəminində Elxan Həsənova, Fəxrəddin Məmmədova, Anar Hətəmiyə, Nicat Əliyevəvə, Zülfüqar Cabbarova bıçaqla müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirməsi, nəticədə sonuncunun aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
17 ədəd mobil telefon aşkar edilib
Balakən Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mersedes Benz E220 CDİ" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidməti rəhbərinin oğlunun məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Arif Rəhimovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Məlumata görə, hakim Cavid Hüseynovun sədrlik etdiyi hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Qazaxıstanda 79 azərbaycanlı saxlanıldı - Səbəb
Qazaxıstanın Karakiyan rayonunun Kurık qəsəbəsində 79 Azərbaycan vətəndaşı saxlanılıb. Məlumata görə, ”Enerqomost LTD” şirkətində çalışan azərbaycanlıların rəsmi işləmə iznləri yox imiş.
Goranboyda davada ölən və yaralananların adları məlum oldu - Cinayət işi açıldı
Eldar Mahmudovun 1 milyardlıq xəyanəti bağışlanmayacaq
Ölümlə nəticələnmiş qəza törədərək hadisə yerindən qaçan sürücü həbs edilib
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü həbs edilib.














