Kriminal
Ağdaşda 27 yaşlı qızdan biznesmen kişiyə qarşı ŞOK HƏRƏKƏT: özü ilə əlaqə qurdu, qızını...
Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirli bilinən Ağdaş rayon sakini, 1990-cı il təvəllüdlü Günel Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Günel Mustafayeva 2017-ci ilin fevral ayının əvvəllərindən başlamaqla müxtəlif vaxtlarda Nizami Quliyevin və onun qızı haqqında rüsvayedici məlumatlar yayma, ailəsini dağıtmaqla və s. yollarla hədə-qorxu gələrək, külli miqdarda əmlakını əldə etmək məqsədilə ondan 15.000 manat məbləğində pul tələb edib.
Leyla Şıxlinskayaya cinayət işi açıldı - Şok səbəb
Azərbaycanda məşhur klinikanın rəhbərinə cinayət işi açılıb. Məlumata görə, "Leyla Şıxlinskaya" klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.
Rəfiqəsi ilə əlbir olub sevgilisinin başına OYUN AÇDI - Bakıda ŞOK OLAY
Bakıda dələduzluqda təqsirləndirilən Ceyran İsmayılova və Türkay Əkbərlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov vəsatət qaldırıb. O, hər iki qadının günahsız olduğunu və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Məşhur iş adamı barəsində cinayət işi açıldı
Azərbaycanda məşhur iş adamı yarım milyon dollarlıq dələduzluqda ittiham edilir. Məlumata görə, Bakı şəhər sakini 1965-ci il təvəllüdlü Nəsimi Dadaşov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ildə Ağcəbədi rayon sakini Mülhazil Balakişiyev onun etimadından istifadə edərək 500 min ABŞ dolları pulunu alıb.
Ziya Məmmədovun müşaviri həbs olunur – ölkədən çıxışına “STOP” qoyuldu
Bakı metrosunda özünü qatarın altına ataraq faciəvi şəkildə ölən gəncin - FOTOsu
Kabel oğruları ələ keçiblər
Elektrik kabeli oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar. DİN-dən “Olaylar” a verilən məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il dekabrın 25-dən yanvarın 7-dək olan müddətdə rayonun Buzovna qəsəbəsindəki inşası başa çatmamış evlərin birindən 100 metr elektrik kabelini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rüfət Şirinov və Musa Qurbanov saxlanılıblar.
“Opel” piyadanı vurub öldürdü
Kəpəz rayonunun Gəncəvi küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 6-da saat 19 radələrində Kəpəz rayonunun Gəncəvi küçəsində Gəncə şəhər sakini Şahin Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Əjdər Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.
Soyğunçuluqla məşğul olan şəxslər saxlanıb
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.
Polis əməliyyat keçirdi - külli miqdarda narkotik aşkarlandı
Azərbaycanda keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-7-də ümumi çəkisi 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqram heroin, 1,9 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Rasim Həsənov Zabrat qəsəbəsində saxlanılıb, üzərinə baxış keçirilərkən 1 kiloqram 200 qram heroin aşkar edilib. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Şahbazovdan 480 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Gülümovdan 480 qram marixuana götürüblər.
Keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb
Bakıda keçmiş məhkumdan 13 kiloqram narkotik götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar” verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Quliyev saxlanılıb.
İstirahətə getməyinə peşiman oldu-qonşusu evini yardı
Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a bildirilib ki, bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib.














