Kriminal

Qadını zorlayıb öldürən dostlara 39 illik HƏBS TƏLƏBİ

10 Yanvar 2018 13:43

Bakıda qadını öldürməkdə təqsirləndirilən Dmitriy Razumniy və Samir Zenyukovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Samir Zeynukovun 20 il, Dmitriy Razumniyanın isə 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daxili orqanında narkotik vasitə keçirmək istədi

10 Yanvar 2018 12:18

Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

“Atena”dan şirkətin sahibinə cinayət işi açılması xəbəri ilə bağlı AÇIQLAMA

10 Yanvar 2018 11:30

“Atena” şirkəti haqqında bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bu barədə “Atena” şirkətinin nümayəndəsi Turqut Məmmədli çalışdığı şirkətin dələduzluqda ittiham olunması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.

ŞOK XƏBƏR: Lotu Qulinin həbsinə qərar verildi - RƏSMİ

10 Yanvar 2018 10:02

Samara Vilayət Məhkəməsi Samara Rayon Məhkəməsinin qanuni oğru Nadir Səlifovun (Lotu Quli) həbsi ilə bağlı qərarını qüvvədə saxlayıb. Bu barədə informasiyanı “Volqanyus” saytı yayıb.

Xırdalanda ərdən arvadına qarşı DƏHŞƏTLİ ƏMƏL

9 Yanvar 2018 18:40

Xırdalan şəhərində qətl hadisəsi baş verib. Hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb. Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Zorlamada və qətldə ittiham olunan idmançı məhkəmə qarşısında

9 Yanvar 2018 18:12

Bakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasını zorlamaqda və boğaraq öldürməkdə ittiham olunan 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclasları qapalı keçiriləcək.

Banklara borcu olan şəxs Rusiyaya qaçmaq istəyərkən sərhəddə tutulub

9 Yanvar 2018 15:26

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları ölkədən çıxışına qadağa qoyulmuş şəxsi saxlayıb. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu il yanvarın 5-də Azərbaycan vətəndaşı, 25.06.1980-cı il təvəllüdlü İsgəndərov İlqar Rəftar oğlu Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Bakıda kompüter salonunu talayanlar ələ keçdilər

9 Yanvar 2018 15:21

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə L.Məmmədbəyli küçəsindəki kompyuter salonlarından birindən oğurluq edilməsi barədə müraciət daxil olub. “Olaylar” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əməliyyat qrupu tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib.

Sabiq icra başçısı Habil Vəliyevin məhkəməsində ifadə verib

9 Yanvar 2018 15:07

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Rafiq Rəsulov ifadə verib. Bildirib ki, H. Vəliyev ondan on min dollar pul tələb edib: "Lakin mən buna razı olmadım. Məni hədələyirdi ki, obyektin qanunsuz yerdə yerləşir. Lakin mənim sənədlərim qaydasında idi. Yol qırağında yeməkxana açmışdım. Habil də mənim barəmdə yazmamaq üçün pul tələb etdi. Lakin mən 785 manat pul göndərdim".

Marşurut avtobusu piyadanı vurub öldürdü

9 Yanvar 2018 13:07

Bakıda marşrut avtobusu yolu keçən piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, yanvarın 8-də saat 7:00 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi “Daewoo” markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Sabir Bədəlovu vurub.

Vətəndaşlardan xeyli sayda silah-sursat götürülüb

9 Yanvar 2018 13:05

Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan xeyli sayda silah-sursat toplanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bərdə Rayon Polis Şöbəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Güloğlular kəndi ərazisində rayon sakini Taleh Qasımovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança və 3 ədəd patron götürülüb. Bundan başqa Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yuxarı Şilyan kənd sakini Sadəddin Qasımov saxlanılıb. Baxış zamanı onun üzərindən 120 qram marixuana aşkarlanıb.

Sumqayıtda narkotik alverçiləri tutuldu

9 Yanvar 2018 12:59

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Ağaverdi Qarayev olduğu məlum olub.Baxış zamanı onun üzərindən 20,134 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və oradan əlavə olaraq 180,025 qram heroin aşkar edilərək götürülüb.

“Milli Ön” aparatından oğurluq edən şəxs saxlanılıb

9 Yanvar 2018 12:57

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə Bakının Nizami rayonu H.Əliyev prospektində yerləşən dayanacaqlardan birində quraşdırılan “Milli Ön” ödəmə terminalının qıfılının naməlum şəraitdə sındırılaraq orada olan 1059 manat pulun oğurlanması barədə məlumat daxil olub.