Xırdalandan qaçırılan avtomobil Yasamalda saxlanıb

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb. Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Yunis İmanov saxlanılmış, avtomobil isə Yasamal rayonu ərazisində tapılıb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31