Azərbaycanda daha 37 nəfər şübhəli saxlanıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası bəlli olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanvarın10-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.
11 Yanvar 2018 12:45 KriminalÖtən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası bəlli olub. Daxili İşlər Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanvarın10-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i "isti izlər"lə açılıb. Axtarışda olduğuna görə 15 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanılıb.