Abşeronda kişi arvadını, nəvə nənəsini öldürdü
10 Yanvar 2018 14:07 KriminalAbşeronda iki qətl törədilib.
Hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb.
Xırdalan şəhərində yaşayan, 1986-cı il təvəllüdlü Elgün Rasim oğlu Ağahəsənov qısqanclıq zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Axirə İsməmməd qızı Nadirovanı bıçaqlayaraq öldürüb. Hadisəni törədən E. Ağahəsənov saxlanılıb.
Saray qəsəbəsində yaşayan, 2000-ci il təvəllüdlü Nihat Nicat oğlu Muradov nənəsi, 1951-ci il təvəllüdlü Hocaxanım Məhəmməd qızı Seyidzadəni bıçaqlayaraq öldürüb. N. Muradov tutulub.
Hər iki faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31