Kriminal
Banka borclu və axtarışda olan şəxslər ölkədən qaçmaq istəyərkən tutulub
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycan ərazisində törətdikləri cinayət əməlindən yayınmaq məqsədi ilə qeyri-qanuni yollarla dövlət sərhədini pozaraq müqabil ölkə ərazisinə keçməyə cəhd edən şəxslərin aşkarlanması və saxlanılması istiqamətində tədbirlər davam edir.
“Çudo Peçka”nın sahibinin və övladlarının əmlaklarına həbs qoyuldu
Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Silsilə oğurluqla məşğul olan şəxs ələ keçib
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 7-dən bu il yanvarın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində 1 qadının çantasından içərisində pul və sənəd olan pul kisəsini, 1 idman zalından məişət əşyaları, 5 avtomobildən akkumulyator, habelə 9 həyətyanı sahədən 20 metr elektrik naqili, inşaat materialları və 17 ev quşu oğurlamaqda şübhəli bilinən şəhər sakini Tural Tahirov tutulub.
Mağazaların qənimi olan keçmiş məhkum tutulub
Oğurluqda şübhəli bilinən Abşeron rayon sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində şəhər ərazisində mağazalardan birindən ərzaq məhsulları, bir nəfərin içərisində geyim əşyası və sənəd olan çantasını, habelə 3 evdən ərzaq məhsulları, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyev tutulub. Araşdırma aparılır.
“Mersedes” yolu keçən piyadanı vurub öldürdü
Paytaxt Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 10-da saat 20 radələrində Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Tərlan Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Elçin Məmmədovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.
Dövlətə xəyanətdə ittiham olunan hərbçilərin işi məhkəməyə göndərildi
Dövlətə xəyanətdə ittiham olunan hərbçilərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Respublika Hərbi Prokurorluğunda istintaq edilən cinayət işinin materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işinin materialları Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatına verilib.
Məşhur müğənninin adı insan alverində hallanır- AÇIQLAMA
Tanınmş müğənni Günel Ələkbərovanın da Daxili işlər Nazirliyinin İnsan alveri üzrə Mübarizə İdarəsinə çağırıldığı xəbəri yayılıb. Bu haqda sosial şəbəkələrdə məlumat paylaşılıb. Məlumata görə, ona Cinayət Məcəllsinin 144-cü (insan alveri, istismar) maddəsi ilə ittiham verilib. Sözügedən sayt məsələni aydınlaşdırmaq üçün müğənninin özü ilə əlaqə saxlayıb.
Qadının mobil telefonunu alıb qaçan saxlanıb
Yanvarın 10-da Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın naməlum şəxsin onun mobil telefonunu açıq talama yolu ilə almasını bildirib.
Prokuror sabiq MTN polkovniki və digərlərinə cəza istəyib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, V. Güləlinin 9 il 6 ay, C. İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, N. Əliyevin 8 il 6 ay, A. İsmayılovun 3 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.
Polis narkoticarətçilərə qarşı əməliyyat keçirdi
Ötən gün polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri uğurla nəticələnib, 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Azərbaycanda daha 37 nəfər şübhəli saxlanıldı
Ötən gün daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələrin statistikası bəlli olub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, yanvarın10-da respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 129 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb.
Fazil Məmmədovun həbsi üçün hüquqi baza hazırlanır - ilginc gəlişmə
Xırdalandan qaçırılan avtomobil Yasamalda saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.














