Kriminal
Lənkəranda döyülən qadınlardan biri ölüb
Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib. Hadisə Liman şəhərində baş verib. 1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.
Ailə daxili yeni bir cinayət: Ər arvadını bıçaqladı
Hadisə Sabunçu rayonunda baş verib. Kürdəxanı qəsəbəsi, Məşədi Adil küçəsi ev 23 ünvanında 1983-cü il təvəllüdlü İmamverdiyeva Rəna Əfqan qızı həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, əri tərəfindən bıçaqlanıb.
Gürcüstanda keçmiş həyat yoldaşını döymüş azərbaycanlı azadlıqdan məhrum olunub
Gürcüstanın Rustavi şəhər Məhkəməsi keçmiş həyat yoldaşına qarşı zorakılığa yol vermiş azərbaycanlının işinə baxıb.
Münaqişə zəmində həmkəndlisini qətlə yetirdi
Beyləqan rayonunda silahlı insident baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub. Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
Paytaxtda soyğunçu saxlanıb
Soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Əli Babayevin 40 manatını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Siyavuş İbrahimov saxlanılıb. Araşdırma aparılır.
Avtomobil qaçıran saxlanıb
Avtomlobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 10-da saat 22 radələrində Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə paytaxt sakini Coşqun Tağıyevin “VAZ-2106” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.
Ələt sakinini qətlə yetirən şəxs saxlanıb
Ələt qəsəbəsində qətl törədən şəxs ələ keçib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 9-da Qaradağ rayonunun Ələt qəsəbəsindəki parkların birində qəsəbə sakini, tüfeyli həyat tərzi keçirən Saleh İsayev sərxoş halda yıxılaraq kəllə beyin xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Axtarışda olan şəxs saxlanıb
Oğurluğa görə axtarışda olan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.Ətrafında aparılan tədbirlərlə onun ötən ilin sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.
Avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib
Füzuli rayonu ərazisində avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən mluçata görə, daxil olmuş əməliyyat məlumatı əsasında yanvarın 11-də Füzuli rayonunun 1-ci Qayıdış qəsəbəsi ərazisində “VAZ-21074” markalı avtomobil polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Araşdırma zamanı avtomobili idarə edən şəxsin Əsgər Hüseynov, sərnişininin isə Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Altay Əhmədov olması müəyyən edilib.
Paytaxtda silahlı şəxs saxlanıb
Respublikanın daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Bu barədə “Olaylar”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Belə ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonunda qeydiyyatda olan Əli Məhərrəmovun üzərində qanunsuz olaraq silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Bakıda quldurluq edənlər ələ keçdilər
Bakı şəhər sakini Roman Həsənov Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verərək yanvarın 8-də paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 20 ünvanında iki nəfər tanımadığı şəxsin onun qarşısını kəsərək pul və mobil telefonunu tələb etdiyini, həmin şəxslərə müqavimət göstərən zaman küt alətlə ona xəsarət yetirərək hadisə yerindən qaçdıqlarını bildirib.
Arvadı kənddən Bakıya gəlib bacısının sevgilisi ilə “yatdı”...
Yevlax şəhərində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Həsən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Həsən Həsənovun arvadı Şəhanə İsmayılova təxminən bir ay əvvəl Bakı şəhərinə gedərək müvəqqəti olaraq bacısı ilə birlikdə yaşayıb.
Ölkəyə qaçaqmalçılıq yolu ilə nərə balığı gətirilməsinin qarşısı alınıb
Bakı Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan “Olaylar”a verilən məlumata görə, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Qazaxıstanın Aktau limanından Bakı şəhərinə “Merkuri-1” gəmisi ilə boş vəziyyətdə qayıdan Azərbaycan vətəndaşı Məmmədov Ramin Telman oğlunun idarə etdiyi 99 LF 021/05 ZA 006 nömrə nişanlı “Kamaz” markalı yük nəqliyyat vasitəsində qaçaqmalçılıq yolu ilə nərə cinsli balıq yükünün gətirilməsi barədə əməliyyat məlumatı daxil olub.
Prokuror Əfqan Muxtarlıya 8 il cəza istədi
Jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib. O, Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Günün ikinci yarısında hökm elan ediləcəyi gözlənilir. İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Vergidən yayınmış sənədlər audit gələndə məhv edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə saxtakarlığında təqsirləndirilən “Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.














