Kriminal

Avtomobil qaçıran şəxs tutulub

15 Yanvar 2018 16:45

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-nə keçən gecə Gəncə şəhəri ərazisindən şəhər sakini Süleyman Süleymanova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən həmyerlisi Sənan Cümşüdov Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. 

Soyğunçular ələ keçiblər

15 Yanvar 2018 16:44

Soyğunçuluq etməkdə şübhəli bilinən iki nəfər saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-də paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Elmar Məmmədovun 113 manatını açıq talama yolu ilə alıblar. Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Pərviz Quliyev və Elməddin Quliyev saxlanılıb.

“Mercedes”i yol ayırıcısına vurdu, sürücü hadisə yerində ölü

15 Yanvar 2018 16:43

Adam rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 15-də saat 2 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsində Ayaq Qərvənd kənd sakini Fətiş Həmidov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sürücü hadisə yerində ölüb.

3 evdən pul, qızıl və məişət əşyaları oğurlayan ələ keçib

15 Yanvar 2018 16:41

Evlərdn qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayının 9-dan yanvarın 12-dək rayon ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Anar Əzizov saxlanılıb.

Avtoqəzada 1 nəfər ölüb

15 Yanvar 2018 16:40

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 14-də saat 9 radələrində İmişli rayonunun Telişli kəndində rayon sakini Pənah Kərimovun idarə etdiyi “VAZ-2105” markalı və Saatlı şəhər sakini Süleyman Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş P.Kərimov orada ölüb. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Ölkəyə qaçaqmalçılıq yolu ilə siqaret gətirilməsinin qarşısı alınıb

15 Yanvar 2018 15:29

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən 2000 ədəd "Marlboro" markalı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanda insan alveri - 8 cinayətkar qrup zərərsizləşdirilib

15 Yanvar 2018 15:13

İnsan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında 2017-ci ildə görülən işlər çərçivəsində 142 insan alveri və 6 məcburi əmək cinayəti müəyyən edilib, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilib. 

Piyadanı vurub qaçan sürücü saxlanıb

15 Yanvar 2018 15:04

Bakıda ölümlə nəticələnən yol qəzası törədərək hadisə yerindən qaçan sürücü tutulub. Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən verilən birgə məlumatda bildirilir ki, Sabunçu rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

"Baron Dədəş" ləqəbli narkotacir həbs edilib

15 Yanvar 2018 14:30

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan əvvəllər məhkum olunmuş, "Baron Dədəş" ləqəbli Elşad Bağırov şübhəli şəxs qismində saxlanılıb.

“Quli” Moskva uğrunda ilk qələbəsini qazandı - DETALLAR

15 Yanvar 2018 13:16

Moskvada iki böyük kriminal qruplaşma arasında təsir sahələrinin bölüşdürülməsi uğrunda mübarizə şiddətlənir. Söhbət azərbaycanlı avtoritet Nadir Səlifov (“Lotu Quli”) və çeçen avtoritet Əziz Batukayevin qruplaşmaları arasındakı qarşıdurmadan gedir.

Lənkəranda MÜƏMMALI HADİSƏ: evlərə basqın edib, insanları döyən kimdir?

15 Yanvar 2018 12:25

Lənkəran rayonunun Liman şəhərində müəmmalı hadisələr baş verir.  Ötən gecə şəhər sakini, 16 yaşlı Abdullayev Heybət Rüfət oğlu və 55 yaşlı Həsənov Nəcəfqulu Şükür oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Sumqayıtda hazırlıqdan qayıdan məktəbli qızı maşın vurdu

14 Yanvar 2018 18:27

Sumqayıt şəhərində məktəbli qızı maşın vurub. Hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib. Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Əhmədzadə Aynur İntiqam qızı hazırlıqdan evə qayıdarkən naməlum avtomobil tərəfindən vurulub. Sumqayıt şəhər 18 nömrəli məktəbin 11-ci sinif sagirdi olan qız qəza zamanı ağır kəllə-beyin travması alıb.