Ölkəyə qanunsuz siqaret və telefon gətirilməsinin qarşısı alınıb
Gürcüstandan qanunsuz gətirilən xeyli sayda mobil telefon və siqaret gömrükdə müsadirə olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
16 Yanvar 2018 11:55 KriminalGürcüstandan qanunsuz gətirilən xeyli sayda mobil telefon və siqaret gömrükdə müsadirə olunub. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı, həmin nəqliyyat vasitəsinin arxa buferinin içərisində 1 ədəd "X-inova", 7 ədəd "H-Mobile", 41 ədəd "Nokia" markalı mobil telefonlar, 150 ədəd yükləyici aşkarlanıb. Daha sonra avtomobilin yük yerində isə sağ və sol yan tərəf örtüyünün altında 1800 ədəd "Marlboro" adlı aksiz markasız siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.