Lənkəranda döyülən qadınlardan biri ölüb
Lənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib. Hadisə Liman şəhərində baş verib. 1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.
14 Yanvar 2018 10:58 KriminalLənkəranda döyülən qadınlardan biri dünyasını dəyişib. Hadisə Liman şəhərində baş verib. 1949-cu il təvəllüdlü Humay Qarayeva və onun qızı, 1972-ci il təvəllüdlü Samirə Miriyeva məlum olmayan şəraitdə döyülüb.
Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ana və qızının vəziyyəti ağır olduğundan onlar ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Vəziyyəti pisləşən Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib. Faktla bağlı araşdırma aparılır.
Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31