Zorlamada və qətldə ittiham olunan idmançı məhkəmə qarşısında
Bakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasını zorlamaqda və boğaraq öldürməkdə ittiham olunan 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclasları qapalı keçiriləcək.
9 Yanvar 2018 18:12 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində iki uşaq anasını zorlamaqda və boğaraq öldürməkdə ittiham olunan 29 yaşlı Fəttah Nuriyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Eldar Mikayılov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclasları qapalı keçiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən il avqustun 7-də Sumqayıt şəhərində baş verib. F.Nuriyev 35 yaşlı Sevda Bayramovaya küçədə təcavüz edərək onu zorlayıb. Sonra isə boğaraq öldürüb. S.Bayramova ailəli, 2 övlad anası olub. Virtualaz.org