Soyğunçuluqla məşğul olan şəxslər saxlanıb

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub.

Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 4-də Xəzər rayonu ərazisində soyğunçuluq edilməsi barədə DİN-in "102" Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. Dərhal Xəzər RPİ 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Buzovna qəsəbəsində yaşayan bir qadına qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə 532 manatının və mobil telefonunun alınması müəyyən edilib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən iki nəfər müəyyən edilərək saxlanılıb.Araşdırmalarla onların Bakı şəhər sakinləri Məmmədtağı İsmayılov və İsmayıl Əliyev olmaları müəyyən edilib. Hər iki şəxs istintaqa təhvil verilib. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31