Türkiyə vətəndaşı tanış olduğu qadın tərəfindən qarət edildi - Bakıda

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Rayonun S.Vəzirov küçəsində evlərdən birində kirayədə qalan Türkiyə vətəndaşı İbrahim Mustafaya qarşı cinayət törədilib. Polisə müraciət edən Türkiyə vətəndaşı bildirib ki, onun evindən qızıl saatı və 2 mobil telefonu oğurlanıb.

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Rayonun S.Vəzirov küçəsində evlərdən birində kirayədə qalan Türkiyə vətəndaşı İbrahim Mustafaya qarşı cinayət törədilib.

Polisə müraciət edən Türkiyə vətəndaşı bildirib ki, onun evindən qızıl saatı və 2 mobil telefonu oğurlanıb.

Məlum olub ki, hadisə baş verən günü İbrahim Mustafa evinə qadın tanışını gətirib.Həmin qadın da onun evindən oğurluq edərək qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31