Avtomobil yolun kənarı ilə gedən piyadanı vurub
Cəlilabad rayonunun Göytəpə şəhərində “VAZ-21011” markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini S.Bayramov vurulub.
4 Yanvar 2018 13:42 KriminalCəlilabad rayonunun Göytəpə şəhərində "VAZ-21011" markalı avtomobillə yolun kənarı ilə gedən rayon sakini S.Bayramov vurulub. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 3-də saat 19 radələrində Cəlilabad rayonunun Göytəpə şəhərində rayon sakini Şahin Məmmədov idarə etdiyi "VAZ-21011" markalı avtomobillə yolun kənarı ilə gedən həmyerlisi Seymur Bayramovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31