Kriminal

Pulla dolu seyf oğurlanıb

22 Yanvar 2018 16:07

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən cinayətkarlığa, xüsusən mülkiyyət əleyhinə olan cinayətlər əleyhinə mübarizə tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin sentyabr ayında baş verən və zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq cinayətinin üstü açılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini olan bir qadının yaşadığı evə qanunsuz daxil olaraq oradan içərisində 35000 manat və 18800 dollar olan seyfi oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Nicat İsrafilov saxlanılıb.

Bakıda silahlı şəxs saxlandı

22 Yanvar 2018 16:06

Əllərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə daxili işlər orqanları tərəfindən daha bir əmə liyyat tədbiri həyata keçirilib. Bu haqda “Olaylar”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Özünü 9-cu mərtəbədən atmaq istədi

22 Yanvar 2018 13:39

Yanvarın 20-də Şəmkir rayon sakini Tamerlan Ələsgərli yaşadığı kənddə ona məxsus torpaq sahəsinin zəbt olunmasına etiraz əlaməti olaraq özünü Xırdalan şəhərindəki 9 mərtəbəli binalardan birinin damından atmağa cəhd göstərib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cəhdin qarşısı Abşeron RPİ və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.

Cəlilabad sakini arvadını boğaraq öldürüb

22 Yanvar 2018 13:36

Bakıda qətl hadisəsi baş verib. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq öldürüb.

Avtomobilin vurduğu piyada ölüb

22 Yanvar 2018 13:34

Yanvarın 20-də saat 21 radələrində Masallı rayonunun Binə Xocavar kəndində rayon sakini Emin Kərimov idarə etdiyi “VAZ-2115” markalı avtomobillə yolu keçən həmyerlisi Samir Əliyevi vurub.

Bakıda qadına qarşı quldurluq edən tutuldu

22 Yanvar 2018 13:33

Yanvarın 13-də Bakı şəhər sakini olan bir qadının kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə məlumat daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dərhal əməliyyat qrupu yaradılıb, müvafiq tədbirlər həyata keçirilib.

Polis Gəncədə 16 kq narkotik müsadirə etdi

22 Yanvar 2018 12:14

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb. Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.Faktla bağlı cinayət işi başlanılıb.

Şamaxıda evə basqın edən dəstənin daha 2 üzvü yaxalandı

22 Yanvar 2018 12:08

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri ilə yanvarın 19-da Məlhəm kəndindəki evlərdən birində ev sahibinə və onun arvadına qarşı quldurluq etmiş qrupun 2 üzvü də müəyyən edilib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qrup üzvləri Kənan Səfərov və İbrahim Mustafayev də saxlanılaraq istintaqa təhvil veriliblər.

Bakıda seksual manyak həbs olundu

22 Yanvar 2018 12:06

Bakı şəhər sakini, azyaşlı Lalə Qafarovaya (ad, soyad şərtidir) qarşı qohumu 1993-cü il təvəllüdlü Babayev Ruslan Rafael oğlu tərəfindən dəfələrlə seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə yanvarın 19-da Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb.

DTX-dan sensasion xüsusi əməliyyat

22 Yanvar 2018 12:03

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Azərbaycanda valyuta dövriyyəsində manipulyasiya və valyuta qaçaqmalçılığı faktları ilə bağlı davam edən cinayət işi üzrə bu il yanvarın 15-18-də keçirdiyi kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində “qara bazar” adlandırılan alternativ valyuta dövriyyəsi iştirakçılarından ibarət cinayətkar şəbəkə ifşa edilib, qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Polis əməliyyat keçirdi, axtarışda olan 27 nəfər tutuldu

22 Yanvar 2018 11:05

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Avtomobil piyadanı vurub

22 Yanvar 2018 11:03

Yevlax rayonunda piydanın vuruması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Məlumata görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb.